“Ərdoğan ilə mübahisə etməyə NİFRƏT EDİRƏM” – BARAK OBAMA

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bütün ikitərəfli danışıqlarına qatılan, keçmiş təhlükəsizlik üzrə müşavir müavini Ben Rhodes, Obama ilə Ərdoğan arasında keçən bir dialoqu xatırladıb.
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bütün ikitərəfli danışıqlarına qatılan, keçmiş təhlükəsizlik üzrə müşavir müavini Ben Rhodes, “Olduğu Kimi Dünya” adlı kitabında Ərdoğan ilə Obama arasında keçən bir dialoqu yazıb.
Rhodesin kitabda qeyd etdiyinə görə, 2011-ci ildəki BMT Baş Assambleyanın müzakirələri zamanı Ərdoğanla Obama arasında xeyli çətin anlar yaşanıb.
TARİXİ FƏLƏSTİN ÇIXIŞI
Kitabda qeyd edildiyinə görə, 2011-ci ildə Ərdoğanla bir araya gələn Obamanın gündəliyində Fələstin məsələsi də olub.
Görüş zamanı Ərdoğan Obamaya bir ildə 180 dərəcə necə dəyişdiyini xatırladıb.
Ben Rhodes-in bildirdiyinə görə, Ərdoğan Obama ilə keçirdiyi görüşdə bığ altından gülərək, Obamanın BMT Baş Məclisində etdiyi çıxışının Fələstin hissəsini oxudu. Ərdoğan məsələləri ətraflı müzakirə etməyi sevirdi. Obama Fələstinlilərin BMT vasitəsilə qorunmasının mümkün olmadığını və bunun yalnız İsraillə müzakirə edilməli olduğun irəli sürdü və buna Cənubi Sudanı misal çəkdi.
ƏRDOĞAN SORUŞDU, OBAMA DONUB QALDI
Bu sözlərdən sonra Ərdoğan Obamanı küncə sıxışdıracaq sual verdi. Cənubi Sudan üçün Şimali Sudanın illərlə sanksiyaya məruz qalması lazım oldu. Eynisini İsrail üçün də niyə təklif etmirsən? deyə, soruşduqda, Obama donub qaldı.
Ərdoğana cavab verə bilməyən Obama, təpkisini daha sonra Ben Rhodesə “Ərdoğanla mübahisə etməyə nifrət edirəm” deyərək, göstərdi.
Müxalifət.az