Quiroqa Bakıda danışdı: Demə, Tramp ciddi deyirmiş…

Baxış sayı:
3205

Biz Tramp administrasiyasının siyasətini ciddi tənid etdik. Düşünürdük ki, cənab Tramp seçkiqabağı təbliğat məqsədilə Meksika ilə sərhəddə divar hörəcəyi barədə bəyanat verir. Ancaq sonra ortaya çıxdı ki, bu təbliğat yox, həqiqətdir. Əlbəttə, bu ciddi narahaatlıq yaradır.

Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində çıxışı zamanı Boliviyanın sabiq prezidenti Yorqe Quiroqa deyib.

Sabiq prezident ABŞ-ın Paris iqlim sazişindən çıxmasını da pis gediş adlandırıb:

“ABŞ Paris sazişindən çıxdı. Mən o zaman Boliviyada nazir idim. Reallıqda iqlimlə bağlı nələr baş verdiyinə baxsaq, maraqlı olar. Mən gənc olanda Amozon sadəcə çay idi, “əpl” sadəcə alma yeyen qurda deyirdik. İndi dünya çox dəyişib. Hazırda nəyimiz varsa, əlimizdəki telefondadır. Əgər 20 il əvvəl biz özümüzlə bağlı şeyləri bura gətirmək haqda düşünsəydik, yəqin bunun üçün bizə 20 çamadan bəs etməzdi”.

Sonda sabiq prezident deyib ki, AB ABŞ-dan şikayət etsə də, özləri də işləri qura bilmir.