PKK psixoloji çökür: QƏNDİL BOŞALDILIR

Baxış sayı:
3364

Tükiyənin Suriyanın şimalındakı ilk addımı olan “Şah Fərat” Hərəkatını idarə edən təqaüdçü general-leytenant Ehsan Başbozkurt, İraqın şimalında davam edən əməliyyatlar və Qəndildə PKK-lı terrorçuların hərəkət tərzinə dair dəyərləndirmə edib.
 
Generalın fikrincə, Qəndilin yalnız psixoloji xüsusiyyəti qalıb və bunu mütləq görmək lazımdır və tam zamanda əməliyyata başlamaq lazımdır. Bozkurt hesab edir ki, Türkiyə “Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatında əldə etdiyi təcrübəni İraqın şimalında həyata keçirməyə çalışır: “Afrin PKK üçün bir alnmaz qala idi. Amma Türkiyə buranı 2 ay kimi qısa bir müddətdə nəzarət altına aldı. Afrində bunu görən terror təşkilatı hazırda tənəzzül içindədir. Artıq yeni baş qərargah axtarışındadırlar və Qəndili boşaldırlar. Terror təşkilatı, cənuba doğru, İraqın Süleymaniyyə istiqamətindəki sıldırım və qayalıq ərazilərinə doğru gedir. Qaçış marşrutları buradır. Ərbil istiqamətindən Sincar və oradan Suriya şimalındakı Karaçok bölgəsi də yeni istiqamətləridir. Bu istiqaməti ona görə seçiblər ki, ABŞ PKK-nı daha çox qıcıqlandırmamaq üçün müəyyən bir müddət terrorçuları Sincar və Karaçokda mühafizə edəcək. Çünki Münbiçdən təcili çıxarılmaları təşkilat üzərində böyük təzyiq yaratdı. PKK liderləri keçmişdə olduğu kimi, İrana deyil, Süleymaniyyə istiqamətində qaçırlar".
 
OVAKÖY ŞƏRT OLDU
 
Amerikalıların Qəndildən çıxan PKK-lı terrorçuları Sincar, Karaçok və Mahmurda müəyyən bir müddət saxlayacağını deyən Başbozkurt, İraqda etibarlı bir liman arayan təşkilatın bəlkə də "Mahmuru yeni qərargah olaraq seçdiyini, prezident Ərdoğanın Qəndillə birlikdə Mahmura da əməliyyat keçiriləcəyini bu səbəblə anmış olduğunu dilə gətirib. PKK-nın Qəndili artıq gözdən çıxardığını qeyd edən Başbozkurt, "Məhz burada Ovaköy Sərhəd Məntəqəsinin strateji əhəmiyyəti ortaya çıxır. Ovaköyü dövrəyə alsaq, Mahmur və Sincar planı da, Suriya-İraq istiqamətindəki gəliş- gediş marşrutları da bağlanacaq. Bizim təcili olaraq Ovaköy Sərhəd Məntəqəsinin inşasını başlamağımız lazımdır. Bizim təhlükəsizliyimiz Ovaköydən keçir. Ovaköy, Kərkük və Mosulun də əmin-amanlığıdır, rifahıdır. Üstəlik, Mahmur, bizim beynəlxalq müqavilələr çərçivəsində təhlükəsizlik haqlarımız içərisindəki bir regiondur. Türkiyə, Ankara Sazişi və beynəlxalq müqavilələrə görə, 75 km dərinliyə girə bilər və Mahmur da ancaq 40-50 km məsafədədir sərhədlərimizdən. Bunlar hara qaçırsa, qaçsın, artıq Türkiyə bu qətiyyətli mövqeyi, milli və yerli silahları ilə bütün terror təşkilatlarını məhv edəcək gücə, imkan və iradəyə malikdir" deyə, söyləyib.
Müxalifət.az