General İsrailin vurulduğunu təsdiqlədi: 100 MİN RAKET...
9-06-2018 09:38
Baxış sayı:
3502

İran İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri 10 may tarixində Suriyadan İsrail ərazisinə 20 raket zərbəsi endirib.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SEPAH komandanının müavini Hüseyn Səlami deyib. O, bu raket zərbələrinin İsrailin T-4 bazasına aviazərbələrinə cavab olduğunu bildirib.
Səlaminin sözlərinə görə, İranın arsenalında İsraili hər an hədəf ala biləcək 100 mindən çox raket var.
Qeyd edək ki, 10 mayda Suriyadan İsrailə raket zərbələri endirib. İsrail Müdafiə Nazirliyi o zaman faktı təsdiq edərək, bunda İranı təqsirkar bilmişdi. İran isə buna heç bir cavab verməmişdi.