Belarusa qarşı sanksiyaların müddəti uzadıldı

Baxış sayı:
2932

ABŞ prezidenti Donald Tramp Belarus hökumətinin bir sıra üzvlərinə qarşı yürüdülən sanksiyaların müddətini uzadıb.

Muxalifət.az xarici mətbuata istinadən xəbər verir ki, Belarus hökumətinin bəzi üzvlərinin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasətini təhdid edir. ABŞ prezidenti həmçinin sanksiyaların uzadılmasını Belarus hökumətinin bəzi təmsilçilərinin ölkədə insan hüquqlarını pozmaları ilə əsaslandırıb.

Sanksiyalar 2006-cı il iyunun 16-da ABŞ prezidenti Сorc Buş tərəfindən tətbiq edilib.

Bu sanksiyalar əsasında Belarus prezident Lukaşenko və hökumətin digər 9 nümayəndəsinin xarici banklarda hesabları və xaricdə mülkiyyət hüququ dondurulub.