Putin SURİYA QƏRARINI AÇIQLADI

Rusiya prezidenti Putin ölkəsinin maraqlarına uyğun olduğu müddət ərzində Suriyadan getməyəcəklərini açıqlayıb. Putin, buna qarşılıq regionda yeni bazalar yaratmadığını bildirib
Rusiya prezidenti Vladimir Putin, "Birbaşa Xətt" proqramında xalqın suallarını cavablandırarkən, xüsusilə Suriya ilə bağlı önəmli açıqlamalar verib. Putin, Rusiyanın Suriyadakı hərbi əməliyyatların, ölkəsinin hərbi güclərini test edib, öyrətməsi baxımından bir fürsət olduğunu deyib. Putin, "Bu əməliyyatlar, silahlı qüvvələr və yeni silah sistemlərinin sınaqdan keçirilməsi üçün çox önəmli bir təcrübədir. Ancaq Suriya, yeni Rus silahları üçün poligon deyil" deyib. Putin, "Hələlik qoşunlarımızı (Suriyadan) çıxarmağı planlaşdırmırıq" deyərək Rusiyanın regiondakı planlarına dair də məlumatlar verib.
Rusiyanın Suriyada keçirdiyi əməliyyatların "mühüm və nəcib bir vəzifə olduğunu" deyən Putin, terrorçuların Rusiyaya sızmalarından əvvəl onlarla Suriyada mübarizə etməyin daha yaxşı olduğunu qeyd edib. Suriyada artıq Rus hərbi qüvvələrinin daxil olduğu böyük əməliyyatlar keçirmədiyini, çünki buna ehtiyac qalmadığını bildirən Putin, Rus hərbi güclərinin, Rusiyanın maraqlarına uyğun olduğu zamana qədər Suriyada qalacağını vurğulayıb. Hazırda Suriyada uzunmüddətli hərbi bir infrastruktur inşa etmədiklərini də söyləyən Putin, lazım gələrsə, Rus güclərinin maddi itki olmadan bu ölkədən sürətli ayrılacağını qeyd edib.
4 saat 20 dəqiqə davam edən proqramda Putin, başlıca olaraq daxili siyasətə dair 79 suala cavab verib. Qərbin Rusiyanı özünə rəqib gördüyü üçün ittiham etdiyini qeyd edən Putin, bunun səhv bir siyasət olduğunu ifadə edib.
Müxalifət.az