Tusk Rusiyanın “G7”yə qayıtmasına qarşı çıxdı
8-06-2018 21:20
Baxış sayı:
1153

Rusiyanın “böyük səkkizliyə” qayıtması dünyanın aparıcı dövlətləri klubundakı birliyə xələl gətirə bilər.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Şurasının sədri Donald Tusk Kanadada keçirilən “G7” sammiti çərçivəsində verdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, klubun hazırkı formatı özlüyündə “unikaldır” və üzv dövlətlərin vahid mövqe tutması ilə seçilir.
“G-7”yə yeni, meydan oxuyan hansısa bir ünsür əlavə etməkdənsə, Amerikalı tərəfdaşlarımızı bu formatın möhkəmləndirilməsinə inandırmağımız daha vacibdir” , - deyə Tusk vurğulayıb.
Qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Rusiyanın “G7”ə qayıtmağını istədiyini bildirib.