​Saakyan generalların yerinə polkovnikləri “təyin etdi”

Baxış sayı:
5494

Bu gün Qarabağın separatçı rejimindən istefa verənlərin yerinə “təyinatlar” aparılıb.
Muxalifet.az xəbər verir ki, Qarabağ separatçılarının lideri Bako Saakyan “dövlət naziri” vəzifəsindən istefa verən Araik Arutyunyanın yerinə “maliyyə naziri” Qriqori Martirosyanı “təyin edib”. Martirosyanın yerini isə Artur Arutunyan tutub.
Arşavir Qaramyanın istefa verdiyi “təhlükəsizlik xidməti” adlı qondarma qurumun rəhbərliyinə polkovnik Samvel Şahramanyan gətirilib.
“Polis rəisi” vəzifəsindən istefa verən “general” Kamo Ağacanyanı isə polkovnik İqor Qriqoryan əvəzləyib.
Qeyd edək ki, 1 iyundan Xankəndidə vətəndaşların təhlükəsizlik xidməti əməkdaşları tərəfindən döyülməsindən sonra rejimin qanunsuzluğundan bezdiyini bildirən ermənilərin güc strukturlarının istefası tələbi ilə aksiyası başlamışdı. Azərbaycanın işğal altında olan xankəndi şəhərində keçirilən aksiya ötən gün Ermənistan baş naziri Paşinyanın çağırışından sonra dayandırılmışdı.
Bu gün sözügedən “vəzifələrdən” istefalar elan edildi.