Separatçı “generallar” qovuldu: Qarabağda hərbi çevriliş HAZIRLIĞI

Baxış sayı:
5243

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “dövlət naziri” və “polis rəisi” istefaya göndərilib.
 
Muxalifət.az xəbər verir ki, separatçıların “dövlət naziri” Araik Artünyan və “polis rəisi”, “general” Kamo Ağacanyan vəzifələrindən uaqlaşdırılıb.
Bununla yanaşı, separatçıların “milli təhlükəsizlik xidməti”nin rəhbəri Arşavir Qaramyan da istefa verib.
Ermənistan mediası bu istefaların Xankəndində aksiya keçirən etirazçıların tələbi əsasında baş verdiyini yazıb.
Qarabağda fəaliyyət göstərən separatçı “milli dirçəliş” partiyasının liderlərindən olan Tiqran Qriqoryan isə Xankəndində hərbi çevrilişin hazırlandığını iddia edib./publika.az/