​Paşinyan Sərkisyanı bitirir - DAHA BİR OLİQARX PARTİYANI TƏRK ETDİ

Baxış sayı:
4786

Erməni oliqarxlar Respublika Partiyasını tərk etməyə başlayıblar.
Belə ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra bu oliqarxlara qarşı başlayan kampaniya effekt verməyə başlayıb. Belə ki, yeni hökumət Respublika Partiyasının həm parlamentdə, həm də biznesdə mövqelərini zəiflədə bilib. Nəticədə partiya artıq gəlir imkanlarının böyük hissəsini itirmək təhdidi ilə üz-üzə qalıb.
SAS supermarketlər şəbəkəsinin sahibi Artak Sərkisyandan sonra daha bir oliqarx Respublika Partiyasını tərk edib. Partiyanı tərk edən şəxs Samvel Aleksanyandır. Bununla Respublika Partiyasını tərk edən deputatların sayı 6-ya çatıb. Nəticədə partiyanın parlamentdəki deputatlarının sayı 52-yə düşüb.
Qeyd edək ki, Paşinyan baş nazir seçildikdən sonra Respublika Partiyasının daha çox biznesmen olan deputatlarına qarşı təqiblərə başlayıb.