Qəndil əməliyyatını da MƏTİN TƏMƏL PAŞA İDARƏ EDƏCƏK

Baxış sayı:
5752

Terror təşkilatlarına qarşı böyük bir əməliyyat başlayan Türkiyə, Suriyadan sonra İraqda da xainləri küncə sıxışdırıb. Prezident Ərdoğanın siqnalını verdiyi Qəndil əməliyyatını 2-ci Ordu Komandanı İsmayıl Mətin Təməl Paşa idarə edəcək. “Zeytun Budağı” Hərəkatı ilə regionda yuvalanan terrorçuları bir-bir zərərsizləşdirən Türk əsgəri, Afrinin şəhər mərkəzində sülh şəraitini təmin etmişdi. Afrində xidmət edən Xüsusi Təyinatlı Qüvvələr, Şimali İraqda böyük bir dəqiqliklə davam edən əməliyyatlara dəstək məqsədilə bölgəyə sövq edilməyə başlanıb. Əslində Qəndil əməliyyatı başlayıb. TSQ 3-4 aydır ki, sərhədin digər tərəfində əməliyyat apararaq 25-30 km İraqın içərilərinə girib. Bölgədə 11 baza yaradılıb, PKK-nın 16 düşərgə və silah anbarları məhv edilib və PKK hər keçən saniyə məngənəyə alınır. Əməliyyatın bir sonrakı mərhələsində hava hərəkatı ilə sursat anbarlarının məhv edilməsi və sonra hava dəstəkli quru əməliyyatının davam edilməsi planlaşdırılır. DÖNÜŞ NÖQTƏSİ OLACAQ TSQ, Qəndil əməliyyatına heç bir səhv buraxılmadan hazırlanır. Təşkilata yalnız hərbi deyil, psixoloji olaraq böyük bir zərbə vurulmuş olacaq. Beləliklə də Qəndildə Türk bayrağının ucaldılması PKK ilə mübarizədə bir dönüş nöqtəsi olacaq. ƏMƏLİYYATIN BAŞINDAKI ŞƏXS Qəndilə keçirilməsi planlaşdırılan əməliyyatın təfərrüatları da ortaya çıxmağa başlayıb. Kiçik birliklərlə regionda irəliləyişini davam etdirən Türk əsgərinin Qəndilə keçirəcəyi əməliyyatları 2-ci Ordu Komandanı general-polkovnik İsmayıl Mətin Təməl Paşa idarə edəcək. Müxalifət.az