Regionlarda vəkillik qurumları yaradılacaq

Baxış sayı:
4054

"Ölkə regionlarında vəkillik institutu ilə bağlı qurumların yaradılması istiqamətində işlər görülür".

Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ölkə başçısının sərəncamına əsasən, regional məhkəmələrin fəaliyət göstərdiyi 5 bölgədə regional bölmələrin fəaliyyəti nəzərdə tutulur: "Artıq bu istiqamətdə bir neçə regionda işlər davam etdirilir. Regionlarda vəkillik institutunun fəaliyyəti ilə bağlı normal qrumlar yaradılacaq".

A. Bağırov deyib ki, Rəyasət Heyətinin yenidən formalaşdığı 6 ay müddətində dövlət hesabına hüquqi yardıma görə vəkillərə verilən haqqın məbləği dəfə artırılıb: "Bu da vacib məsələ idi. Çünki bu məbləğ çox aşağı idi. Əsas məqsədimiz vəkillər institutunun inkişaf etdirilməsidir.".