PKK və Haşdi Şabi ARASINDA ATIŞMA BAŞ VERİB

Baxış sayı:
4333

İraqda Mosulun Sincar rayonunda İranın dəstəklədiyi Haşdi Şabi ilə terror təşkilatı PKK-ya bağlı YBŞ döyüşçüləri arasında qısa müddətli toqquşma baş verib.
 
İraqda Mosul vilayətinin Sincar rayonunda Haşdi Şabi milisləri ilə terror təşkilatı PKK-ya bağlı YBŞ (Şengal Müdafiə Qoşunları) döyüşçüləri arasında qarşıdurma yaşanıb.
Sincardaki Yezidi Peşmərgə komandirlərindən Kasım Şeşo, Anadolu Agentliyinə verdiyi açıqlamada, dünən axşam saatlarında Haşdi Şabi ilə YBŞ-yə bağlı qruplar arasında qarşıdurma çıxdığını söyləyib.
Sincarda vəziyyətin qarışıq olduğunu bildirən Şeşo, "Hər an münaqişələrin yenidən başlama ehtimalı var. Gərginliklər davam edir" deyib.
Hadisə şahidlərindən alınan məlumata görə, qısa sürən qarşıdurmadan sonra axşam saatlarında çox sayda YBŞ döyüşçüsü və tərəfdarlarından ibarət bir qrup Sincar meydanına toplaşıb. İraq ordusu isə bu qrupu dağıtmağa çalışıb.
Ölən ya da yaralanan olub, olmadığı hələ məlum olmayan qarşıdurmadan sonra iki YBŞ komandiri İraq ordusu tərəfindən saxlanılıb.
Digər tərəfdən, Haşdi Şabi milislərinin, Sincarda olan Yezidi Peşmərgə güclərinin rayonu tərk etməsini istədiyi, ancaq həmin gücün bunu rədd etdiyi bildirilib.
Müxalifət.az