Dünyanın gözü Türk ordusunda: Qəndilə Afrindəkindən daha BÖYÜK HAVA HƏRƏKATI BAŞLADILIR

Türk Silahlı Qüvvələrinin (TSQ) Şimali İraqda Hakurk bölgəsinə qarşı əməliyyatları davam edərkən, terror təşkilatı PKK-nın baş qərargahı mövqeyindəki Qəndil Dağının, intensiv hava hücumlarının hədəfi ola biləcəyi bildirilib.
Əməliyyatla bağlı məlumat verən mənbələr, Qəndilə, Afrindəki “Zeytun Budağı” hərəkatının başlanğıcında 72 təyyarənin iştirakı ilə keçirilən hava hərəkatından daha güclü hava hücumları həyata keçirilə, əməliyyat müddətinin Afrindəkindən daha uzun ola və əməliyyat zamanı “Fırtına” uzunmənzilli ağır toplardan istifadə oluna biləcəyini deyib.
Bir təhlükəsizlik rəsmisi, "Qəndili hədəf aldıqda dərhal ağla quru qoşunlarının hərəkətə keçəcəyi gəlməsin. Bölgənin coğrafi şərtləri ağır olduğu üçün çox intensiv hava əməliyyatları olur. Quru qoşunlarına yalnız bundan sonra növbə gəlir" deyib.
QIRMIZI BERETLİLƏR İŞARƏLƏMƏ ÜÇÜN ƏRAZİYƏ SIZDI
Ehtimal olunan intensiv hava hücumlarında hədəfləri işarələmək üçün Xüsusi Təyinatlı Qüvvələr uc nöqtədən əraziyə sızıblar.
Müxalifət.az