ABŞ-dan Münbiç açıqlaması: TÜRKİYƏ İLƏ ANLAŞMA ŞƏRTLƏRƏ BAĞLIDIR

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, Türkiyə ilə ABŞ arasında Münbiç məsələsində varılan yol xəritəsinin şərtlərə bağlı bir müqavilə olduğunu deyib.
Nayert, sahədəki proseslərə görə, dəyişikliklərin ola biləcəyini deyərək, yenə də konkret deyil, ikibaşlı danışıb.
PKK-nın Suriya qolu YPG-nin yol xəritəsinə dair təpkisinə də münasibət bildirən Nayert, "Onların adından danışa bilmərəm, amma görürəm ki, yol xəritəsində nəzərdə tutulduğu kimi, qüvvələrini Fəratın şərqinə çəkəcəklərini bəyan ediblər” deyə, söyləyib.
REGİONA SABİTLİK GƏTİRƏCƏK BİR MÜQAVİLƏ
Nayert, "Yol xəritəsi Türkiyənin Fəratın şərqində Suriya Demokratik Qüvvələrinin (SDG) varlığını qəbul etdiyi anlamına gəlir” sualına, Türkiyənin nəyi qəbul edib, etmədiyi ilə bağlı şərh verməyəcəyini bildirən sözçü, "ABŞ ilə Türk hökuməti Münbiç regionuna sabitlik və özünüidarə gətirəcək bir anlaşmaya varıb. Biz bunun Münbiç xalqı, o cümlədən bütün tərəflərin qəbul edəcəyi bir çərçivə olduğuna inanırıq” deyib.
BU SADƏCƏ BAŞLANĞIC
İki xarici işlər nazirinin təsdiq etdiyi yol xəritəsinin şərtlərə bağlı bir anlaşma olduğuna vurğu edən Nayert, bunları deyib:
"Şərtlərə bağlı o deməkdir ki, meydançadakı şərtlər dəyişdikcə bəzi şeylər də dəyişə bilər. Varılan anlaşma bu məsələdə davam edəcək olan dialoqun yalnız başlanğıcıdır. Tərəflər nazirlər və ya rəsmiləri səviyyəsində bu məsələləri müzakirə etməyə davam edəcək. Biz Münbiçdə sülh və sabitlik istəyirik. Bu iki tərəfin də qəbul etdiyi bir hədəfdir. Bunun üzərində NATO müttəfiqimiz Türkiyə ilə birlikdə çox çalışdıq.
YPG ÇƏKİLƏCƏYİNİ DEYİB
PKK-nın Suriya qolu YPG-nin də məsələyə dair bir açıqlama verdiyinə işarə edən Nayert, "Bu barədə sualların ünvanı YPG nümayəndələridir. Onların adından danışmaq istəmirəm, amma açıqlamalarından anladığım budur ki, ünsürlərini Fəratın şərqinə çəkəcəklər” - deyə, bildirib.
Müxalifət.az