​İrana şok ittiham: Suriyaya döyüşçü və silah daşıyırlar

Baxış sayı:
4159

İran şirkətləri mütəmadi şəkildə Suriyaya döyüşçü və silah-sursat daşıyırlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Demokratiyaların Qorunması Fondunda çıxışı zamanı ABŞ Maliyyə nazirinin müavini Siqal Manderker deyib.
"Suriya müharibəsinin ilk günlərindən “Mahan Airlines” və sanksiya tətbiq olunan digər şirkətlər, məsələn, “Caspian Air”, “Pouya Air” mütəmadi olaraq Suriyaya döyüşçü və material daşıyırlar. İran kommersiya təşkilatları “Qüds” əməliyyatlarında vacib rol oynayırlar. Gəlin açıq danışaq. Tərəfdaşlarımız bizdən “Mahan Airlines”lə bağl sübutlar barədə soruşanda bizə maraqlı gəlir. Axı onlar mütəmadi olaraq döyüşçü və silah daşıyırlar. İnsanlar Suriyaya tətillərini keçirmək üçün uçmurlar”, - Manderker deyib.
Nazir müavini avropalı tərəfdaşlarına sanksiyaların hədəfinə çevrilməmək üçün bu şirkətlərlə münasibətlərdə ehtiyatlı olmağı məsləhət görüb.