ABŞ-dan Ankaraya TƏHDİD: F-35-lər Rusiyaya uçarsa...
5-06-2018 21:49
Baxış sayı:
6235

Türkiyənin həyata keçirdiyi Rusiyadan Su-57 qırıcıları kimi yüksək texnologiyalı silahlar almaq kursu onun ABŞ-ın beşinci nəsil F-35 qırıcıları layihəsində iştirakını təhlükə altında qoyur.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin müavini Uess Mitçel deyib.
“F-35-lərə gəldikdə isə onların Rusiya yüksək tüxnologiyalı silahlarına doğru hərəkət etməsi onların ABŞ hərbi layihələrində iştirakına avtomatik olaraq təsir göstərəcək”, - Mitçel bildirib.
Xatırladaq ki, Türkiyənin F-35 qırıcılarına alternativ olaraq Su-57 qırıcılarını ala biləcəyi açıqlanmışdı.