​Putin Avropadan ABŞ-a mesaj verdi: Faydasızdır!

Baxış sayı:
4165

Siyasi motivli məhdudiyyətlər və mühafizəkarlıq bütün tərəflər üçün zərərlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin avstriyalı həmkarı Aleksandr Bellen ilə görüşündən sonra mediaya açıqlamasında deyib.
“Sanksiyalar, təzyiqlər, məhdudiyyətlər, mühafizəkarlıq – bunların hamısı yekun nəticə əldə etmək baxımından olduqca faydasızdır. Rusiya xarici məhdudiyyətlərlə bağlı bütün maneələri aşdı”, - deyə Putin bildirib.
Qeyd edək ki, V.Putin hazırda Vyanada səfərdədir.