150 milyon illik dinozavr skeleti 2.36 milyon dollara satıldı
5-06-2018 20:24
Baxış sayı:
4468

Fransada hərraca çıxarılan 150 milyon illik dinozavr skeletinə 2.36 milyon dollar ödənilib.
Muxalifet.az xəbər verir ki, “Aguttes” hərrac evi Parisdəki Eyfel Qülləsinin birinci mərtəbəsində sərgi açıb. Sərgidə 150 milyon illik dinozavr skeletinə 2.36 milyon dollar ödəyən müştəri də tapılıb.
ABŞ-ın Vayominq ştatında 2013-2015-ci illər arasında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən skeletin hündürlüyü 2.6, uzunluğu isə 9 metrdir.
Alimlər bildiriblər ki, skelet etobur cinsinə aid dinozavra məxsusdur və sümüklərin 70 faizi zədələnməyib.