Yunan nazirdən Türkiyəyə: Ərazilərimizi artırırıq...
5-06-2018 19:35
Baxış sayı:
4471

Qısa zamanda ərazi sularımızın sahəsini artıracağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Yunanıstan Müdafiə naziri Panos Kamennos Psara adasına səfəri zamanı deyib.
“Ölkəmiz böyüyür. Bir müddət sonra ərazi sularımız xüsusi iqtisadi zona və dəniz sərvətlərinin qazanılması sayəsində artacaq”, - deyə yunan nazir bildirib.
Kamennos əlavə edib ki, ölkəsi xüsusi iqtisadi zonada təbii qaz və neft hasilatına başlayacaq və bu bölgəni yunan donanması qoruyacaq.
Qeyd edək ki, yunan nazirin açıqlaması mediada Türkiyəyə meydan oxuma kimi qiymətləndirilib.