ABŞ rəsmisindən kritik MÜNBİÇ AÇIQLAMASI

Baxış sayı:
4636

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dünən ABŞ-lı həmkarı Mayk Pompeo ilə keçirdiyi həlledici görüşün və alınan qərarlardan sonra bu gün Amerika rəsmisi məsələ ilə bağlı açıqlama verib.
 
ABŞ rəsmisi, Türkiyənin verdiyi açıqlamanı təsdiq edib. Yüksək vəzifəli Amerika rəsmisi, Pompeo və Çavuşoğlunun üzərində razılaşdığı yol xəritəsinin terror təşkilatı YPG-nin bölgədən çıxarılmasını və regionda yerli hakimiyyət yaradılmasını ehtiva etdiyini söyləyib.
ABŞ rəsmisi, "Anlaşmaya görə, şəhərin idarə olunmasında iştirak edən YPG heyəti Münbiçdən çəkiləcək və gedəcək, yerlərinə də hər iki tərəfin qəbul edəcəyi yerli xalqdan adamlar gələcək"  deyə, bildirib.
Müxalifət.az