​Məmmədov prezidentin xüsusi nümayəndəsi ilə görüşdü

Baxış sayı:
8239

İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Qvineya-Bisau Respublikası Prezidentinin xüsusi nümayəndəsi – fövqəladə və səlahiyyətli səfir Mamadu Sano Qomes ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, söhbət zamanı qonaq regionun ən qabaqcıl dövlətlərindən olan Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin ölkəsi üçün maraq doğurduğunu vurğulayıb. Daha sonra o, Qvineya-Bisau Respublikasının Prezidenti Joze Mario Vazın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu Baş nazirə təqdim edib.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.