ABŞ və Fransız əsgərlərinin YERLƏŞDİYİ BAZADA BÖYÜK PARTLAYIŞ - SURİYADA
4-06-2018 11:39
Baxış sayı:
7030

Suriyanın şimalında terror təşkilatı YPG/PKK-nın işğalında olan Eyn İsa mahalında ABŞ və Fransız əsgərlərinin yerləşdiyi bazada böyük bir partlayış olub.
Raqqadaki yerli mənbələrdən alınan məlumata görə, dünən gecə Raqqanın şimalındakı Eyn İsa bölgəsində olan YPG/PKK-nın da olduğu hərbi bazada partlayış baş verib.
Böyük itkiyə məruz qalan YPG/PKK-ya yaxın sosial media hesabları və yerli qaynaqlar, partlayışın sursat anbarından qaynaqlandığıını bildiriblər.
Baza daxilində təxminən 200 nəfərlik ABŞ qüvvəsi ilə 75- qədər Fransız xüsusi təyinatlı əsgərinin olduğu bilinir. Hələlik partlayış nəticəsində ABŞ və Fransa əsgərlərinin zərər görməsi haqda məlumat verilmir.
Müxalifət.az