Münbiç DÜYÜNÜ BU GÜN ÇÖZÜLÜR: STRATEJİ VƏ TAKTİKİ ƏHƏMİYYƏTİ

Baxış sayı:
6382

Türkiyənin XİN rəhbəri Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Pompeonun bu gün keçirəcəkləri görüşdə, "PYD terrorçularının Münbiçdən çəkilməsi, təhlükəsizliyi Türk və ABŞ əsgərinin təmin etməsi, hakimiyyətin yerli Məclis tərəfindən idarə edilməsini ehtiva edən yol xəritəsi ilə bağlı yekun qərarın qəbul olunması gözlənilir.
 
 "STRATEJİ BAXIMDAN DAHA ÖNƏMLİ”
 
Menbiçin əhəmiyyətini taktika və strateji olaraq qiymətləndirmək olar. Taktiki mənada Münbiçin əhəmiyyəti, mühüm meliorasiya bölgəsini, arxa hissəsindəki su bəndinin həlledici sahələrini və YPG-nin Fəratın qərbində qalan taktika müdafiə xəttinin mərkəzini təşkil etməsi kimi sadalana bilər. Ancaq strateji mənada Münbiç daha əhəmiyyətlidir. Belə ki, Münbiçin YPG-nin nəzarətindən çıxması Sünni Ərəblərin çoxluq təşkil etdiyi Fəratın  şərqindəki sahələr üçün də bir nümunə təşkil edə bilər. Başda Tel Abyad olmaqla, Raqqanın qərbində qalan bu yaşayış məntəqələrində YPG-nin duruş gətirə bilməsi üçün üç əsas siyasəti vardı:
-Regiondakı yerli əhalini minimuma endirərək, hərbi üsullarla nəzarəti təmin etmək;
-Yerli Ərəb ünsürləri qorxu, çəkindirmə və maddi yollarla təsir edərək vahid bir hakimiyyət qurulduğu görüntüsü yaratmaq:
-Və son olaraq ABŞ başda olmaqla, xarici ölkə əsgərlərini bu bölgəyə yerləşdirib, yerli əhaliyə tək olmadığını göstərməkdir.
Bütün bu üsulların ən mühüm kəsişməsi bu ana qədər Münbiçdə mövcuddur. Buna görə dəMünbiçdən YPG-nin çəkilməsi bu modellə idarə etməyə çalışdığı digər regionlara da bir nümunə təşkil edəcək.
 
YEKUN QƏRAR
 
Çavuşoğlu dünən ABŞ dövlət katibi Mayk Pompeonun dəvəti ilə ABŞ-a gedib. Çavuşoğlu ilə Pompeo bu gün görüşəcək. Bu görüşdə Menbiç ilə bağlı hazırlanan yol xəritəsi məsələsində yekun qərarın qəbul olunması gözlənilir.
Müxalifət.az