Azərbaycanın bəzi şəhərlərində içməli su olmayacaq
3-06-2018 19:04
Baxış sayı:
1369

Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
Bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.