Şahzadə toyuna göndərilən 7 milyonluq HƏDİYYƏNİ GERİ QAYTARDI

Baxış sayı:
11776

Şahzadə Harri ilə Meqan Markl toya gətirilən hədiyyələri geri qaytarır.
Muxalifət.az xəbər verir ki, geri qaytarılacaq hədiyyələr 7 milyon sterlinq dəyərindədir.
Cütlüyü təbrik etmək üçün bir çox şirkət və markalar saraya bahalı hədiyyələr göndərib. Ancaq krallıq ailəsinin qəti qaydalarına görə, cütlük şirkətlərin məhsullarını və reklam məqsədilə göndərilən hədiyyələri geri qaytarmalıdır. Saray qaydalarına görə, göndərilən hədiyyələr arasında saxlanılan və geri qaytarılmalı olanlarla bağlı təlimatlar dəqiqdir. Qaydalar pozulsa, hədiyyələr göndərənə geri qaytarılır.
Harri və Markl onlara hədiyyə vermək istəyənlərə bunu xeyriyyə cəmiyyətlərinə verilməsini məsləhət görmüşdülər.
Qeyd edək ki, Şahzadə Uilyam və Keyt Midletonun üçüncü uşağının doğumu səbəbi ilə göndərilən və cütlüyün geri qaytardığı hədiyyələrin dəyəri 30 milyon sterlinq dəyərində olub.