​Yağış və fırtına paytaxtda həyatı İFLİC ETDİ

Baxış sayı:
10885

Yağış və qüvvətli fırtına Almaniyanın paytaxtı Berlində həyatı iflic edib.
Muxalifət.az xarici mediaya istinadən xəbər verir ki, Berlin-Brandenburg Hava limanı şirkətinin açıqlamasına görə, bu səbəbdən Tegel və Schönefeld hava limanlarında gecikmələr yaranıb. Bəzi uçuşlar ləğv edilib.
Yerli medianın məlumatına görə, ölkənin iki hava limanında təyyarələrdən yüklərin boşaldılması və yüklənməsi əməliyyatları icra edilməyib.
Güclü külək ağacları aşırıb, bir sıra küçələri su basıb. Soest şəhərinin mərkəzində küçələri və evlərin zirzəmilərini su basıb.