​O cavan oğlan dəcəlləşib - Ərdoğan

Baxış sayı:
6811

Avstriyanın Baş naziri Sebastian Kurz çox dəcəlləşib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə deyib.
“Hazırda başımıza bəla olan Avstriya baş naziri 30 yaşındadır. O, xarici işlər naziri olanda yaşı 28 idi. Amma çox dəcəlləşib, havalara girdi. Aradabir Türkiyəyə qarşı xoş olmayan sözlər işlədir”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, S.Kurz Türkiyəyə qarşı sərt mövqeyi ilə tanınan avropalı siyasətçilərdəndir.