İsrail, Səudiyyə Ərəbistanına NÜVƏ İNFORMASİYASI SATIR

İsrailli ekspert Ami Dor-on, “İsrail, Səudiyyə Ərəbistanına nüvə silahI hazırlaması üçün "nüvə informasiyası" satır” deyib.
İsrail hərbi təşkilatlanmasının yüksək səviyyəli nüvə analitiklərindən Ami Dor-on, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd Bin Salman və İsrail baş naziri Benyamin Netanyahu arasında inkişaf edən əlaqələrin nəticəsi olaraq nüvə sahəsində də əməkdaşlığa başlanıldığını söyləyib. Bunun isə bölgədə yüksələn nüvə silahlanma yarışının göstəricisi olduğunu bildirib.
İranda yayımlanan “Press TV”-nin xəbərinə görə, "Dünyanın pisə doğru getdiyini gördüyümüzdən bu məlumat bizi sarsıdıb. Bunu təqib edən Yaxın Şərqdə nüvə silahlara sahib olma yarışı üstümüzdən keçib gedir"deyən Ami Dor-onun ifadələri həm “Middle East Monitor", həm də "Arabi21" də yer alıb.
İSRAİL PAKİSTANA PAY QOYMAQ İSTƏMİR
İsrailli müəllifə görə, Təl-Əviv rejimi Səudiyyəlilərin yekun olaraq nüvə silah əldə etmək üçün hərəkətə keçəcəyini fərqindədir və bunun həyata keçirilməsi üçün Səudiyyənin Pakistan kimi region ölkələrinə getməsini istəmir.
Dor-on bunun üçün "İnkişaf edən Səudiyyə-İsrail əlaqələri kontekstində İsrail, Səudiyyənin nüvə silahı əldə etmək səylərini Pakistana buraxmamaq üçün təşəbbüs göstərə bilər” deyib.
Dor-onun iddiasına görə, Pakistan hazırda nüvə silahlanma yarışının artması vəziyyətində Səudiyyə Ərəbistanına bu işdə könüllü olaraq ixtisaslaşmış yardım edə bilər.
Mütəxəssislər isə beynəlxalq ictimaiyyətin Səudiyyə Ərəbistanının nüvə silahı əldə etməsinə əngəl olmasını istəyir.
Müxalifət.az