PKK terrorçuları “İKİNCİ QƏNDİLDƏN” TƏMİZLƏNDİ

Baxış sayı:
5887

Terror təşkilatı PKK-nın ikinci Qəndili kimi qəbul etdiyi Hakurka girən Türk əsgəri, terrorçuları zərərsizləşdirərək regionda əmin-amanlığı təmin edib.
 
Türk Silahlı Qüvvələri, terror təşkilatı PKK-ya qarşı əməliyyatlarında fasilə vermir.
Təşkilatın Suriyada yuvalandığı kəndləri bir-bir təmizləyən Türk əsgəri, Şimali İraqda da böyük bir əməliyyata başlayıb.
 
TERRORÇULAR TƏMİZLƏNİB
 
1996-ci ildə keçirilən əməliyyatdan sonra ilk dəfə Hakurka girən Türk əsgəri, böyük bir əzm və qətiyyətlə terrorçuları bir-bir ovlamağa davam edir.
 
İKİNCİ QƏNDİL
 
Hakurk, terror yuvası Qəndildən sonra təşkilat üçün böyük əhəmiyyət daşıyan bölgələrin başında gəlir.
 
TÜRK ƏSGƏRİ ƏMİN-AMANLIQ GƏTİRDİ
 
Terrorçulardan təmizlənən regionda sülh və əmin-amanlıq şəraiti təmin edən Türk əsgəri, kəndlilərə də şəfqət əlini uzadaraq yardımlar paylayıb.
 
XALQ PKK-dan BEZDİ, TÜRK ƏSGƏRİ İLƏ ÜZLƏRİ GÜLDÜ
 
Türk əsgərinin gəlişini böyük sevinclə qarşılayan kəndlilər, terror təşkilatı PKK-dan bezdiklərini dilə gətirib.
Müxalifət.az