​Ermənistanın xarici işlər naziri ilk dəfə Moskvaya gedir - Qarabağ MÜZAKİRƏSİ

Baxış sayı:
5728

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan iyulun 7-də ilk dəfə Moskvaya səfər edəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə Rusiya XİN-in informasiya departamentinin direktor müavini Artyom Kojin deyib.
Onun sözlərinə görə, Mnasakanyan Moskvada Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək.
 “Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və ikitərəfli münasibətlər müzakirə olunacaq”, - deyə o bildirib.