İsrail-İran gizli razılaşması: HİZBULLAH BU ƏRAZİDƏN ÇIXIR
1-06-2018 12:41
Baxış sayı:
5722

Hizbullah və İrana bağlı olan digər qruplar İsrail-Suriya sərhədini tərk edirlər.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Yerusəlim Post” qəzeti yayıb. Qəzet İrana tabe olan qüvvələrin özəlliklə Dera və Kuneytra şəhərlərindən çıxmağı planlaşdırdığını bildirib.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı mətbuatı İranla İsrail arasında gizli görüşün keçirildiyini və Tehranın Suriyanın cənub ərazilərini tərk etməyə razılıq verdiyi bildirilmişdi.