“Yaxın Şərqdə ABŞ-a GÜVƏNƏNİN VAY HALINA”

Baxış sayı:
5371

Moskvada “Orta Şərqdə yeni böyük oyun" adlı panel keçirilib.
 
 Paneldə çıxış edən BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin müşaviri və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi məsləhətçisi professor Vitaliy Naumkin, "Yeni böyük Yaxın Şərq oyununu" bu sözlərlə dəyərləndirib:
“Orta Şərqdə "böyük oyundan bəhs edə bilmərik. Rusiyanın Yaxın Şərqdə Böyük Britaniya ilə rəqabət etdiyi 19-ci əsrdə mövcud olan şərtlərin heç biri artıq yoxdur. Təəssüf ki, Yaxın Şərq cəmiyyəti dərindən bölünmüş bir cəmiyyətdir. Və indi Orta Şərqdə hər kəsin hər kəslə mübarizə etdiyi bir şərait var. Bu münaqişələr üç səviyyədə baş verir - yerli, regional və qlobal səviyyədə.
Bəziləri, Orta Şərqin bir Sünni düşərgəsi olduğunu iddia edir. Mən bununla razı deyiləm, Sünni düşərgəsi deyə, bir şey yoxdur. Sünnilər birlikdə hər hansı ümumi bir təhdidə qarşı dayanmır. Əslində Sünnilərlə Sünnilər arasındakı ziddiyyət sayı, Sünnilərlə Şiələr arasındakı münaqişələrin sayından daha çoxdur. Məsələn, bir çox ölkədə dominant qüvvə olan "Müsəlman Qardaşlar”ı problemini nəzərdən keçirək. Türkiyə və Qətər kimi ölkələr onları dəstəkləyərkən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr bunları terror təşkilatı kimi qiymətləndirir. Ya da Qətər böhranına baxın.
Rusiya, Yaxın Şərq bölgəsində heç kəsin nüfuzuna və ya varlığına son verməyə çalışmır. Bunun üçün Rusiyanın nə istəyi, nə imkanı, nə də resursları var. Hazırda Orta Şərqdə öz doğma təhlükəsizliyi ilə bağlı məsələlərdə ABŞ-a güvənən ölkələr var. Bizim buna heç bir etirazımız olmaz. Amerika Birləşmiş Ştatlarının Orta Şərqdə apardığı bütün şeylərdən sonra, kimlərsə hələ də öz təhlükəsizliyini ABŞ-a buraxırsa, vay hallarına. Amma Rusiya buna qarışmır və belə bir seçimin tamamilə onların haqqı kimi qiymətləndirir”.
Müxalifət.az