Alimlərdən qaranlıq materiya ilə bağlı YENİ KƏŞF
31-05-2018 21:14
Baxış sayı:
2119

Harvard Universitetinin alimləri qaranlıq materiya haqqında yeni kəşf ediblər. Bu barədə məqaləni “Nature” jurnalı yayımlayıb. Alimlər bildiriblər ki, qaralıq materiyanın zərrəcikləri təxminən elektronlardakından milyon dəfə az elektrik cərəyanına sahib ola bilər: “Bunu “Large Hardon Collider” (Böyük Hardon Kollayderi) ilə müəyyən etmək mümkün deyil. Digər tərəfdən, bizim həmkarlarımızın müşahidələr zamanı aşkarlanan radiosiqnallar onların mövcud olduğunu göstərir”. Fevralın sonunda astronomlar Böyük partlayışdan 180 milyon il sonra yaranan ulduzun izini aşkarlayıblar(teleqraf).