İran ABŞ-a meydan oxudu: BİZİMLƏ BACARA BİLMƏZSİNİZ

Baxış sayı:
1318

İran İnqilab Mühafizəçiləri komandanlarından general-leytenant Hüseyn Selami, silahlı qüvvələrin raket inkişaf etdirmək proqramı və regional nüfuzunun çox güclü olduğunu, bir qarşıdurma olduğu təqdirdə belə ABŞ-ın bununla bacara bilməyəcəyini deyib.
 
İran İnqilab Mühafizəçiləri Ordusunun Komandan müavini general-mayor Hüseyn Selami, prezident Donald Trampın 2015-ci ildə imzalanan nüvə müqaviləsindən birtərəfli olaraq çəkildiyini açıqlamasından sonra ABŞ-ın dövlət katibi Mayk Pompeonun İran ilə yeni bir nüvə müqaviləsi üçün 12 maddəlik yeni şərtlər təqdim etməsini tənqid edib.
Tehranda keçirilən bir mərasimdə çıxış edən Selami, "İranın raket proqramının inkişafını sona çatdırmasını tələb edirlər. Bizi bu məsələyə məcbur edə bilməyəcəkləri üçün, bunu bizim özümüzdən istəyirlər" deyib.
Qeyd edək ki, Pompeo ötən həftə verdiyi bəyanatda, İranın xaricdəki milis qruplara dəstəyini kəsdiyi və raket inkişaf etdirmə proqramını dayandırdığı təqdirdə yeni bir müqavilə imzalanacağını bildirmişdi.
Müxalifət.az