Çavuşoğlu ABŞ-a dərs verdi: “AMERİKANIN ƏN BÖYÜK SƏHVİ...”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ ilə terror təşkilatı YPG-nin sərhədin digər tərəfindən çıxarılması üçün bir müddətdir çalışdıqlarını bildirərək, “Bu problemin səbəbkarı biz deyilik, müttəfiqimiz ABŞ-dır. Bir terror təşkilatına dəstək verdi. ABŞ terror təşkilatı ilə Suriyada əməkdaşlıq etməyə üstünlük verdi. Bu çox böyük bir səhv idi” deyib.
Nazir Çavuşoğlu, sözlərini belə davam edib:
“İndi bu xətadan ABŞ-ı geri qaytarmağa çalışırıq. Çünki terrorla mübarizə apardığını deyən bir ölkənin, belə bir terror təşkilatıyla əməkdaşlıq etməsi dedikləriylə daban-dabana ziddir. Xüsusilə bizim kimi bir müttəfiqi və əhəmiyyətli bir ölkəni itirmə riskinin olması da ABŞ və bütün müttəfiqlər üçün böyük bir qüsur və zəiflikdir. Çünki Türkiyə sözündə duran, kimsəyə yanlışı olmayan, problemlərin həlli üçün səy sərf edən, NATO içində ən güclü ikinci ordusu olan və bütün qurumlarda fəal rol oynayan, bölgənin sabitliyi, sülh üçün rol oynayan etibarlı tərəfdaşdır. Belə bir tərəfdaşı kimsə itirməməlidir. İtirənlərin də onlaraa zərəri var, bizə yox. Biz əlacsız, alternativsiz deyilik. Heç kimə də möhtac deyilik. Heç kəsin əmirlərinə də boyun əymirik. Artıq bu millət oyandı. Artıq yeni bir Türkiyə var. Hər kəs bunu qəbul edəcək".
Müxalifət.az