Avropadan ABŞ-a jest: “HÜCUM OLARSA, CAVABINI VERƏCƏYİK”

Fransanın maliyyə naziri Bruno Le Maire, ABŞ-ın Avropadan alüminium və polad məhsulları idxalına tanıdığı sərbəstliyi cümə günü sona çatdırdığı təqdirdə Avropanın öz maraqlarını müdafiə edəcəyini söyləyib.
Parisdə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) toplantısında Fransalı nazir La Maire, "Fransa və Avropa bir ticarət müharibəsi istəmir. Ancaq hücuma məruz qalsaq, maraqlarımızı müdafiə etməyimiz lazımdır" deyib.
Almaniyanın İqtisadiyyat Nazirliyində verdiyi açıqlamada, razılığa gəlinmədiyi təqdirdə ABŞ-ın polad və alüminium üçün gömrük tariflərinin 1 iyunda qüvvəyə minməsini gözlədiklərini bildirib.
Nazirlik sözçüsü, "Bu ana qədər aldığımız məlumatlara görə, gömrük tarifləri avtomatik olaraq 1 iyun gecəsi qüvvəyə minəcək. Razılığa gəlmək üçün danışıqlar davam edir" deyə, söyləyib.
Müxalifət.az