Tramp etiraf etdi: ÇOX PEŞMANAM

Baxış sayı:
2038

ABŞ prezidenti Donald Tramp, Rusiya araşdırması məsələsindəki mövqeyini tənqid etdiyi ədliyyə naziri Cef Sessions yerinə başqa birini seçmədiyinə peşman olduğunu bildirib.
 
Tramp, Twitter hesabından verdiyi açıqlamada bir daha ədliyyə naziri Sessionsı tənqid edib.
Rusiya istintaqından özünü kənara çəkən Sessionsı tənqid edən Tramp, Cənubi Karolinadan olan Respublikaçı vəkil Trey Gowdynin Sessions haqqındakı sözlərinə istinad edib.
 
KAŞ Kİ, BAŞQASINI SEÇSƏYDİM
 
Ədliyyə naziri kimi Sessionsın Rusiya istintaqəndan özünü uzaq tutulmasının doğru olmadığını deyən Tramp, respublikaçı konqresmen Gowdynin “Əgər mən prezident olsaydım və ölkənin ən yüksək səviyyəli ədliyyə rəhbəri olaraq təyin etdiyim insan, “qarşımdakı ən mühüm iş ilə məşğul olmayacağam” - desəydi mən də təpki verərdim. Ölkədə bir çox yaxşı hüquqşünas var. Prezident Tramp başqa birini seçərdi" şəklindəki sözlərini Twitter bölgüsündə sitat gətirib və "Kaş ki, başqa birini seçsəydim" deyə, peşman olduğunu biruzə verib.
Tramp daha əvvəlki çıxışlarında da Sessionsın Rusiya istintaqından özünü kənara çəkəcəyi halda başqa birini bu vəzifəyə gələcəyini dilə gətirmiş, Sessions isə vəzifədə olduğu müddətdə Tramp rəhbərliyinə və ölkəyə xidmət etməyə davam edəcəyinə söz vermişdi.
Qeyd edək ki, ABŞ-ın ədliyyə naziri Sessionsın 2016-cı ildə keçirilən  prezident seçki kampaniyası dövründə Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kişlyak ilə iki dəfə görüşdüyü ortaya çıxmışdı.
Sözügedən görüşlərin ortaya çıxmasından sonra üzərində təzyiq artdığı üçün Sessions, 2 mart 2017-ci ildə etdiyi açıqlama ilə, Rusiyanın Amerikanın prezident seçkilərinə müdaxilə iddialarının araşdırıldığı bütün istintaqlardan çəkildiyini bəyan etmişdi.
Müxalifət.az