​Sərkisyandan şahzadəyə gülməli “hədiyyə”

Baxış sayı:
10501

Ermənistan Prezidenti Armen Sərkisyan erməni xarakterinə uyğun “səxavət” nümayiş etdirib.
Muxalifet.az xəbər verir ki, Sərkisyan Britaniya şahzadəsi Çarlza bağ hədiyyə etdiyini bildirib.
Şahzadəni Ermənistanın “böyük dostu” adlandıran, onun hər zaman “İrəvan – məhəbbətim mənim” layihəsinə dəstək olduğunu bildirən Sərkisyan qeyd edib ki, ailəmin sahib olduğu yeganə dəyərli şey kiçik bağımızdır: “O bağ mənim övladlarıma və övladlarımın övladlarına məxsusdur. Bu bağı ona hədiyyə edirəm”.
Sərkisyan bağın Ermənistanın harasında yerləşdiyini açıqlamayacağını da bildirib.
Əlbəttə, Sərkisyanın “övladlarıma və övladlarımın övladlarına” məxsus olduğunu xüsusi vurğuladığı “kiçik bağa” Çarlzın yaxın düşməyəcəyi gün kimi aydındır. Və ümumiyyətlə, şahzadə Çarlza İrəvanda kiçik bağ lazımdırmı?
Qeyd edək ki, Armen Sərkisyan Ermənistanın Britaniyada səfiri olub.