Türkiyədə "Hacı"nın dəstəsinə basqın edildi: saxlanılanlar var
30-05-2018 22:45
Baxış sayı:
10390

Türkiyənin paytaxtı Ankarada "Hacı" ləqəbli Göksəl S-nin mütəşəkkil cinayətkar dəstəsinə qarşı əməliyyat keçirib.
Muxalifet.az xəbər verir ki, paytaxtın 64 məntəqəsində eyni vaxtda əməliyyat keçirilib. Nəticədə 40 nəfər saxlanılıb.
Xüsusi təyinatlıların apardığı əməliyyatda 300 nəfər iştirak edib. İlk olaraq, Göksəl, Sinan, Gökçə S-nin olduğu Mamak binasına əməliyyat təşkil edilib.
Binada axtarış zamanı gizli bir keçid müəyyən edilib. Keçiddən cinayətkarların polis basqınından qaçmaq üçün istifadə etdiyi ehtimal edilir.