Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirdi
30-05-2018 21:56
Baxış sayı:
10186

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, 24 iyun seçkisi öncəsi son iclas 3 saat 15 dəqiqə davam edib.
İclasda qarşıya qoyulan məsələlər, seçki təhlükəsizliyi, terrorla mübarizə və Suriyadakı hadisələr gündəmə gətirilib.
Bundan əlavə, Türkiyənin hər zaman, hər sahədə Fələstin davasına sahib çıxmağa davam edəcəyi, dəstəyin beynəlxalq platformada davam etdiriləcəyi təsdiq edilib.