Türkiyə və ABŞ Münbiç MƏSƏLƏSİNDƏ RAZILAŞDI: YPG ÇƏKİLƏCƏK

Baxış sayı:
9619

Türkiyə və ABŞ, YPG/PKK-nın Suriyanın şimalında, Fərat çayının qərbində işğal etdiyi Münbiçdən çəkilməsi üçün texniki anlaşmanı təmin edib.
 
ANLAŞMA 4 İYUNDA ELAN EDİLƏCƏK
 
Anlaşmaya görə, YPG, işğal etdiyi Münbiçdən çəkiləcək. Ancaq, razılıq, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun ABŞ-lı həmkarı Mayk Pompeo ilə 4 iyunda Vaşinqtonda edəcəyi yekun görüşdə elan ediləcək.
 
30 GÜN İÇİNDƏ YPG ÇƏKİLƏCƏK
 
Vaşinqton görüşündə bəzi detalların dəyişmə ehtimalı ola biləcəyinə diqqəti çəkən mənbələr, texniki görüşlərdə üzərində anlaşılan ana xətlərin qorunacağını bildirib.
Buna görə, 4 İyunda razılıqla bağlı son imzanın atılması durumunda, ilk 30 gün içərisində YPG/PKK ünsürləri Münbiçi tərk edəcək.
Müxalifət.az