​ABŞ rus silahlarını niyə tərifləyir? – UĞURLU GEDİŞ

Baxış sayı:
9271

Rusiyanın hərbidəki uğurlarını təqdir etməsi, xüsusilə də yeni silahlarla bağlı çıxışları daxili bazara, ictimaiyyətin yönləndirilməsinə hesablanıb.
Muxalifət.az-ın xəbrinə görə, bunu axar.az-a Rusiyanın yeni radioelektron mübarizə silahları hazırlaması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya müasir radioelektronika sahəsində çox öyünə bilməz:
 “Çünki Rusiya bu sahədə Qərb, xüsusilə də ABŞ-dan ən azı 10 il geri qalır. Rusiyanın ABŞ-ın raket, eləcə də raketdən müdafiə sistemlərinin elektronik sistemlərini sıradan çıxarmaq üçün hansısa uğur qazanacağına inanmıram. ABŞ yeni silahların idarə edilməsində sürətli inkişaf yolundadır və Rusiyanın istənilən texnoloji yeniliklərini nəinki qabaqlayır, onların zərərsizləşdirilməsində çox qısa zamanda uğurlu nəticələr əldə edə bilər. Bu sarıdan Rusiyanın hərbidəki uğurlarını təqdir etməsi, xüsusilə də yeni silahlarla bağlı çıxışları daxili bazara, ictimaiyyətin yönləndirilməsinə hesablanıb. Bunu köhnə sovet təbliğatının davamı kimi dəyərləndirmək olar. Rusiyadan fərqli olaraq, ABŞ-ın siyasəti, xüsusilə silahlanma sahəsində uğurlarını çox təvəzökarlıqla işıqlandırmaqla və bəzən özünün geridə qalması haqqında təsəvvürlər yaratmaqla uğurlu piar əməliyyatı aparır”.
Qeyd edək ki, Rusiya “Radioelektron Texnologiyaları” konserninin baş direktorunun müavini Vladimir Mixeyev ölkəsinin yeni radioelektron mübarizə silahları hazırlayacağını açıqlayıb.