İrandan PKK-ya gözlənilməz çağırış: “DƏRHAL QƏNDİLİ BOŞALDIN”

Baxış sayı:
9910

Türk Silahlı Qüvvələri (TSQ) İraqın şimalında yerləşən separatçı terror təşkilatına aid hədəflərin nəzarət altına alınması çərçivəsində, İraqın şimalındakı Metina, Avaşin-Basyan və Hakurk kimi bir çox region terror təşkilatı PKK/PYD/YPG-dən təmizlənib.
 
Şimali İraqda separatçı terror təşkilatına qarşı havadan və qurudan aparılan əməliyyatlar nəticəsində ümumilikdə 419 terrorçu zərərsizləşdirilib.
 
QƏNDİLƏ ƏMƏLİYYAT BAŞLAYA BİLƏR
 
Türkiyənin terror təşkilatına qarşı böyük bir əzmlə davam etdirdiyi əməliyyatlar bəhrəsini verməyə başlayıb.
Türkiyənin strateji tərəfdaşı İran, İran-İraq sərhədindəki terror yuvası Qəndil üçün gözlənilməz bir addım atıb. Yerli mənbələrdən əldə edilən məlumata görə, İran təhlükəsizlik gücləri, terror təşkilatı PKK/YPG –nin baş qərargah kimi istifadə etdiyi Qəndil bölgəsindəki yaşayış yerlərinin boşaldılmasını istəyib.
Əli qanlı terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində TSQ-nin Qəndilə yaxınlaşması və İranın terror yuvası Qəndili boşaltdırmaq istəməsi, Qəndilə qarşı tezliklə əməliyyatın başlama ehtimalını artırıb. Əks təqdirdə İran bu qədər irəliyə gedərək PKK-dan Qəndili boşaltmasını istəməzdi. Ayrıca İranın Qəndildə oturan PKK liderlərinin Türkiyənin əlinə keçməsini istəmədiyi sirr deyil. Əslində İran PKK-dan Qəndili boşaltmasını istəməklə Türkiyənin bölgəyə əməliyyat keçirməsinin qarşısını almaq istəyir. Çünki sərhədləri yaxınlığındakı bölgənin tamamının Türkiyənin nəzarətinə keçməsinə birmənalı qarşıdır. Ona görə də İranın bu çağırışını Türkiyə sevgisi, yaxud PKK düşmənçiliyi ilə deyil, sadəcə qabaqlayıcı bir tədbir olaraq düşünmək lazımdır.
 Müxalifət.az