Rövşən Rzayevə yeni köməkçi TƏYİN EDİLDİ
30-05-2018 14:28
Baxış sayı:
8983

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə yeni köməkçi təyin olunub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Nərimanov Nəsimi Rafiq oğlu Dövlət Komitəsi sədrinin köməkçisi təyin edilib.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi Əkbər Əkbərov bir müddət əvvəl işdən çıxarılıb. (report)