​Deputatı şəxsi köməkçisinə çevirən icra başçısı... – ELMAR VƏLİYEVİN MÜƏLLİMLƏRƏ BİLET SATMASI GÜNDƏM OLDU!

Baxış sayı:
15226

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 21-28 may 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “ELMAR VƏLİYEVDƏN "CUMHURİYYƏT İLİ"NƏ "HƏDİYYƏ" - İCRA BAŞÇISI BU DƏFƏ FANATLARI HƏBS ETDİRDİ + FOTO'', ''Deputatı şəxsi köməkçisi kimi işlədən icra başçısı: Elmar Vəliyevin “məcburi konsert” sərgüzəştləri…", “ELMAR VƏLİYEV İCRA BAŞÇISIDIR, YOXSA FİLARMONİYANIN DİREKTORU? - YENİLƏNDİ”, “Elmar Vəliyev “gəncəlilər”i qəbul etmir” başlıqlı 4 məqalənin 7 saytda yayılması ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tutur. Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Ağsu icra başçısının özbaşınalıqları haqda... - İTTİHAM”, “Ağdaşda fermerlərin günü qaradır... - ŞİKAYƏT”, “İCRA BAŞÇISININ DOSYASI ARAŞDIRILACAQMI?-FOTO” adlı məqalələrin 6 elektron KİV-də yayılması ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tutur. Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Yardımlıda icra başçısıyla Sabir Rüstəmxanlı arasında qarşıdurma: İşə PA qarışdı” adlı məqalənin 5 elektron KİV-də yayılması ilə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tutur. Muxalifet.az