İTV-nin baş direktoru vəzifəsinə yeddi iddiaçı var - SİYAHI

Baxış sayı:
8848

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə  vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.
Milli Televiziya və Radio Şurasından (MTRŞ) verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı - Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.
"İctimai televiziya və radio yayımı haqqında" qanunun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin siyahısı:
  

Soyadı, adı, atasının adıHal-hazırda işlədiyi müəssisə
1Abbasov Rauf Müzəffər oğluGəncə regional fövqəladə hallar və
mülki müdafiə şöbəsi, rəis müavini
2Abbasov Səbuhi Mübariz oğlu7news.az saytı, baş redaktor
3Mehrəliyeva Şəfəq Akif qızıADA Universiteti, aparat rəhbəri
4Mehtiyeva Rahilə İbrahim qızıElit informasiya agentliyi, MMC
baş direktor
5Xəlilova Qərənfil Əli qızıHal-hazırda işsizdir
6Qarayev Sadıq Qurban oğluAMEA Mərkəzi Nəbatat
Bağı, elmi işçi
7Qasımov Balakişi Ələkbər oğluİctimai Televiziya və Radio Yayımları
Şirkəti, baş direktorun müavini