​DTX və polisdən birgə - ƏMƏLİYYAT

Baxış sayı:
8572

DTX və polis birgə əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən Balçılı kəndinin ərazisində Şəmkir rayon sakini Qədim Abdullayevdən AKMS silahı, TOZ-16 tüfəngi, 13 ədəd avtomat patronu və 1 ədəd patrpon darağı götürülüb.
Bundan başqa, Ağdam RPŞ əməkdaşları tərəfindən Qalayçılar kənd sakini Elmir Əhmədovdan müvafiq sənədləri olmayan TOZ-16 markalı tüfəng və 9 ədəd patron, İsmayıllı RPŞ əməkdaşları tərəfindən Hacıhətəmli kənd sakini Səttarxan Beybutovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş TOZ-16 markalı tüfəng götürülüb.