ABŞ-dan Türkiyə açıqlaması: MENBİÇ MƏSƏLƏSİNDƏ...

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, Suriyanın Menbiç şəhərilə bağlı Türk rəsmiləri ilə keçirilən görüşdən hələlik nəticə çıxmadığını bildirib.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, ənənəvi mətbuat brifinqində, "Hələ Türk hökumətilə bir anlaşmaya nail ola bilməmişik. Daha əvvəl Amerika-Türkiyə arasında Suriya işçi qrupunun ötən cümə günü Ankarada bir görüş həyata keçirdiyini bəyan etdik. Suriya və qarşılıqlı narahatlıq yaradan digər mövzularda müzakirələrimiz davam edir. Hər iki tərəf, gələcək əməkdaşlıqla bağlı yol xəritəsinin sərhədlərini müəyyənləşdirib, buna Menbiç də daxildir" deyib.
Sözçü, "ABŞ dövlət katibinin bu (Mayk Pompeo) danışıqları davam etdirmək üçün, 4 iyunda burada, Vaşinqtonda xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşmək üçün dörd gözlə gözlədiyini bilirəm" deyə, əlavə edib.
Müxalifət.az