ABŞ, Əsəd, BƏƏ və S.Ərəbistan! BİRGƏ PLAN İŞLƏYİR

Baxış sayı:
8281

Ankara ilə müzakirə aparan Vaşinqton, terror təşkilatı PKK-nı Münbiçdən çıxarmağı qəbul edib, ancaq şəhərdə təhlükəsizliyi ASO-nun təmin etməsinə qarşı çıxıb. Bir tərəfdən də Səudiyyə Ərəbistanının dəstəyilə PKK-ya kömək məqsədli "Ərəb Ordusu” yaradan ABŞ, Münbiçdə ASO-nu deyil", tərəfsiz hərbi qüvvələri istəyir.
 
ABŞ himayəsində Münbiçə girən PKK terror təşkilatının 2 illik işğalı sona çatır. Türk və Amerikalı heyətlər arasında keçirilən ikitərəfli görüşlərdə Vaşinqton tərəfi, PKK-nın Münbiçdən çıxarılmasını qəbul edib. Ancaq ABŞ, PKK-nın çıxması müqabilində regionda "tərəfsiz” hərbi qüvvələrin yerləşməsi və ASO-nun Münbiçə girməməsini şərt qoyub.
Ankara isə PKK-nın yalnız Münbiçi deyil, Tel Abyad başda olmaqla, Suriyanın şimalında işğal etdiyi bütün yerləri tərk edərək bölgəni əsil sahiblərinə təslim etməsini istəyir.
Proseslərə dair məlumat verən Azad Suriya Ordusu komandirlərindən polkovnik İbrahim Məcbur, PKK-nı Münbiçdən çıxaracaq ABŞ-ın, bundan sonra terrorçuların Fərat çayının şərqinə tam hakim olması üçün çalışacağını deyib. Məcbur, "Tramp rəhbərliyi, Münbiçi sərhəd edən terror xəritəsini sahədə tətbiq mərhələsinə keçir və bu çərçivədə Əsəd qüvvələri də Hasekedə yerləşən hərbi qüvvələrini zonadan təxliyə edib. Yeni dövrdə Münbiçin şərqində qalan bütün yaşayış məntəqələrinin PKK-ya təhvil verilməsi təhlükəsi ilə üz-üzəyik" deyib. Məcbur sonra bunları qeyd edib:
 
BİRGƏ PLAN İŞLƏYİR
 
"Əsəd rejiminin ən mühüm hərbi birliklərindən olan 17-ci Diviziyaya (Liva 17) məxsus hərbi sahə xaricdən gətirilən döyüşçülərlə yaradılacaq sərhəd mühafizə birliklərinə təhvil verilib. Dəməşq rəhbərliyinin PKK ilə əlaqəsi davam edir. Əsəd, Hasekə bölgəsində 6 ildir xidmət edən bütün qoşunlarını çıxararaq mərkəzə gətiribb. Sadəcə simvolik mənası olan 300-ə yaxın polisdən başqa Hasekə daxilində heç bir hərbi qüvvəsi qalmayıb. Həm Əsəd, həm də ABŞ-ı PKK ilə ortaq maraqlarda birləşdirən bir plan var və bu plan işləyir".
 
BÖLGƏ XALQI ÜSYANEDİR
 
"Raqqa, Hasekə və Hələb şəhərində PKK-nın işğal etdiyi bütün yaşayış məntəqələrində insanlar təzyiq və törədilən terrorlardan beziblər. Raqqa, Hasekə və Münbiçdə insanlar dəfələrlə yürüş, mitinq keçirib. PKK zülmü bir neçə dəfə xırda ticarətçilər tərəfindən boykot edilib. Raqqada ötən həftə ərzində PKK və xalq arasında qarşıdurmalar var idi. Hasekə-Tel Biyrek bölgəsində xalq, uşaqlarını zorla terror düşərgələrinə aparmaq istəyən təşkilat döyüşçüləri ilə toqquşdu. Tel Abyad, Eyn İsa, Deyrizor, Raqqa və Münbiçdə terror təşkilatı qərargahlarına yönəlik onlarla hücum təşkil olunub".
 
İDLİBDƏ BİRLƏŞDİK
 
"Türkiyənin 12 müşahidə məntəqəsi qurmasından sonra mənim başçılıq etdiyim qrupun da daxil olduğu müxalif qruplar bir çətir altında birləşdi. Ümumilikdə 11 qrup "Əl Cephet Əl Vataniy Təhrir” adlı qurumda birləşdik. Əvvəla, bölgəmizi xarici təcavüzlərdən qorumaq məqsədli bu vəhdət. Əlbəttə, Türkiyə ilə birlikdə hər bir düşmən quruluşa qarşı veriləcək mübarizədə biz birlikdə iştirak edəcəyik".
 
AYN İSA-da SƏUDİYYƏ-BƏƏ QƏRARGAHI
 
Suriyada baş verən son prosesləri dəyərləndirən Polkovnik İbrahim Məcbur, bütün xərcləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən qarşılanacaq "Ərəb Ordusu” üçün Raqqaya bağlı Ayn İsa rayonunda mərkəzi qərargah inşa edildiyini deyib. Bölgədə PKK-ya qarşı artan qəzəb və üsyanı görən ABŞ və müttəfiqlərinin, "Ərəb Ordusu” layihəsini daha böyük miqyaslı etməklə üsyanların qarşısını alma məqsədli bir formul kimi düşünüldüyünü deyən Məcbur, “Bu yeni qurum yalnız PKK-nı himayə məqsədli bir örtük xarakteri daşıyır. Ancaq bu toplama ordu layihəsinin uğurlu olma şansı yoxdur və Suriyada hər şey öz təbii məcrasına qayıdana qədər bütün təzyiq və zorakı məcburi xəritələrə qarşı müqavimət davam edəcək" deyib. Məcbur, "Suriya, Misir, Küveyt, Bəhreyn, Yəmən, Səudiyyə Ərəbistanı, Liviya, Tunis, İordaniya kimi ölkələrdən toplanacaq muzdlu döyüşçülərlə 50 min nəfərlik bir ordu qurmaq istəyirlər. "Sərhəd Mühafizə Qüvvələri” adı ilə qurulacaq ilk qurum, 2 min nəfərlik milis qrupundan ibarət olacaq. Əhməd Carbanın liderliyində qurulan “Sərhəd Mühafizə Qüvvələri”, Qüvvəti Senadit, Suvvar Raqqa, Ceyş el-Suvvar, Qüvvə el-Nuhbe kimi Ərəb döyüşçülərdən ibarət qruplardan təşkil ediləcək. Daha sonra bu qurumun "beynəlxalq güc” səviyyəsinə çıxarılması nəzərdə tutulur" deyə, söyləyib.
Müxalifət.az